Yuxarı

Averina Bakıda V medalını qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı gimnast Dina Averina Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında lentlə final yarışlarında da fərqlənib.

Axar.az xəbər verir ki, D.Averina 21,800 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsrailli Linoy Aşram 20,750 xalla gümüş medal qazanıb. İlk üçlüyü digər Rusiya gimnastı Yekaterina Seleznyova (20,650 xal) tamamlayıb.

D.Averina Bakının ev sahibliyi etdiyi dünya çempionatının fərdi proqramında topla və gürzlərlə yarışlarda qızıl, halqa ilə mübarizədə isə bürünc medal əldə edib. Gimnast, həmçinin Rusiya millisinin heyətində komanda yarışlarının da qalibi olub.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Tarix
2019.09.19 / 23:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla