Yuxarı

"Sevilya"nın baş məşqçisi "Qarabağ"la matçdan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sevilya"nın baş məşqçisi "Qarabağ"la matçdan danışdı

Rəqib öz meydanında oynayırdı. Stadiondakı ab-havanı da gördünüz. Bu da bizə çətinlik yaratdı. İstənilən halda qələbəyə layiq oyun göstərdik. İlk qol hər şeyi dəyişdi və daha sonra qollar vura bildik.

Report xəbər verir ki, bu fikirləri "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi "Qarabağ"ı məğlub etdikləri (3:0) Avropa Liqasının qrup mərhələsinin I tur matçından sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisi təcrübəli kollektivdir: " "Qarabağ" üzərində işlənmiş komandadır. Gözlədiyim kimi oynadılar".

İspaniyalı məşqçi deyib ki, bu gün futbolda təəccüblü heç nə yoxdur: "Hər hansı bir futbolçumu qeyd etmək istəmirəm. Komanda şəklində qələbə qazandıq. Yaxşı bir kollektivi üstələdiyimiz üçün məmnunam. "Qarabağ"ın APOEL-lə iki matçını da izləmişəm. Ağdam klubu Kipr klubunu mübarizədən kənarlaşdıra, APOEL də Hollandiya "Ayaks"ını büdrədə bilərdi. Futbolda çox şey ola bilər".

Lopetegi həftəsonu La Liqada "Real Madrid"lə oynayacaqları, lakin həmin görüşü sabahdan düşüncəklərini sözlərinə əlavə edib.

Tarix
2019.09.19 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla