Yuxarı

Səfirliyimiz güləşçilərə dəstək verəcək - Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatının son günündə Azərbaycan sərbəst güləşçilərini yüzədək azarkeş dəstəkləyəcək.

Bu barədə Report-a Azərbaycanın Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad Məmmədov bildirib. Onun sözlərinə görə, bununla bağlı yerli icma təşkilatları da məlumatlandırılıb.

“Dünya çempionatının çox əhəmiyyətli yarış olduğunu və güləşin Azərbaycanın idman həyatında mühüm yer tutduğunu nəzərə alaraq, səfirliyin təşkilatçılığı ilə burada yaşayan həmyerlilərimiz ilk gündən güləşçilərimizi dəstəkləmək üçün fəal şəkildə iştirak edib. Bununla yanaşı səfirliyimizin əməkdaşları və icma təşkilatlarının nümayəndələri güləşçilərimizə dəstək veriblər. Özüm də bir neçə dəfə yarış zalında olmuşam”.

Səfir həmçinin, bu müddət ərzində Nur-Sultanda olan Azərbaycan dövlət qurumlarının nümayəndələrinin də şəxsi istəkləri ilə "Barıs Arena"da komandanı dəstəklədiklərini bildirib.

Diplomatik korpus rəhbəri bu gün Cəbrayıl Həsənov və Şərif Şərifova final görüşlərində özü və səfirliyin 10 əməkdaşı, ümumilikdə isə 100-dək həmyerlimizin azarkeşlik edəcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan güləşçilərinin dünya çempionatını 6 medal və 2 lisenziya ilə başa vuracaqları məlum olub. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, Elis Manolova (65 kq) bürünc, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. Şərifov həm də "Tokio-2020"yə lisenziya qazanıb. Final görüşləri bu gün Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Tarix
2019.09.22 / 11:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla