Yuxarı

AFFA-dan "Qarabağ"ın matçındakı təxribata - Reaksiya

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA-dan "Qarabağ"ın matçındakı təxribata - Reaksiya

AFFA rəhbərliyi Lüksemburqda "Düdelanj" və "Qarabağ" arasındakı Avropa Liqasının II tur matçında baş vermiş erməni təxribatına reaksiya verib.

Axar.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayıb, narazılığını bildirib. Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.

Qeyd edək ki, matçın 30-cu dəqiqəsində "Qarabağ" 2-ci qolunu vurduqdan sonra "Jozi Bartel" stadionu üzərində dronla qondarma "Dağlıq Qarabağ" rəhbərliyinin "bayrağ"ı sallanıb. Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər. Matçda fasilə yaranıb. Lüksemburqun idman naziri üzrxahlığını çatdırdıqdan sonra görüş davam etdirilib. Matç "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tarix
2019.10.04 / 02:14
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla