Yuxarı

Həbib Ronaldo ilə dostluğundan danışdı: Messi olmasa...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbib Ronaldo ilə dostluğundan danışdı: Messi olmasa...

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov “Yuventus”un hücumçusu Kristiano Ronaldo ilə dostluğundan danışıb.

Axar.az xəbər verir ki, bu barədə “Sport-Ekspress” nəşri yazıb.

Onun sözlərinə görə, aralarındakı dostluq hələ Ronaldonun Madrid “Real”ında oynadığı dövrlərdən mövcuddur. İdmançı həmçinin Ronaldonun “Barselona”nın hücumçusu Messi ilə münasibətinə də toxunub.

“Mən “Real”ın çoxdankı azarkeşiyəm və Ronaldo ilə dostluq edirik. Bu barədə Ronaldo ilə danışmışıq. O, Messi olmasaydı, bu qədər güclü ola bilməyəcəyini dedi. Sənə rəqib lazımdır, bu insanı daha yaxşı olmağa sövq edir. Biznesdə olduğu kimi, rəqabətsiz bazar mövcud ola bilməz. Bu mənada onlar bir-birini tamamlayır”, - Nurməhəmmədov bildirib.

Tarix
2019.10.06 / 11:10
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla