Yuxarı

Macarıstan-Azərbaycan matçını yalnız uşaqlar izləyəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Macarıstan-Azərbaycan matçını yalnız uşaqlar izləyəcək

Azərbaycan millisinin Avro-2020-nin seçmə mərhələsində Macarıstanla səfər matçını stadionda 15 minə yaxın uşaq izləyəcək.

Report-un məlumatına görə, Macarıstan Futbol Federasiyası “Qroupama Arena”nı 14 yaşına çatmamış uşaqlarla doldurmaq üçün UEFA-nın intizam kodeksindən yararlanmaq qərarına gəlib.

UEFA daha öncə Macarıstan millisinə bir oyunluq cəza verib, buna baxmayaraq, 14 yaşdan kiçik uşaqlar qarşılaşmanı tribunadan izləyə bilər. Federasiya beş gün ərzində, təxminən, 15 minə yaxın müraciəti qeydiyyata alıb. Bu vəziyyətə görə stadionun qapıları daha erkən açılacaq.

Macarıstan yığması azarkeşlərin sentyabrın 9-da Slovakiya ilə ev matçı zamanı irqçi davranışlara yol verməsi səbəbindən sanksiya ilə üzləşib. Qərarə əsasən, sözügedən kollektiv növbəti ev oyununu azarkeşsiz keçirməli, milli federasiya isə 67,125 avro cərimə ödəməlidir.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bəhreynlə səfərdə yoldaşlıq oyunu keçirəcək. Nikola Yurçeviçin baş məşqçilik etdiyi kollektiv 4 gün sonra Macarıstanın qonağı olacaq.

Tarix
2019.10.08 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla