Yuxarı

Millimiz belə qalib gəldi - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimiz belə qalib gəldi - Video

2019.10.09 - 20:15

Bakı vaxtı ilə saat 20:30-da futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyununa start veriləcək.

Axar.az xəbər verir ki, Bəhreyn Milli Stadionunda keçiriləcək oyun üçün komandaların start heyətləri açıqlanıb.

Millimizin start heyətində Emil Balayev, Abbas Hüseynov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Şəhriyar Rəhimov, Riçard Almeyda, Eddi İsrafilov, Emin Mahmudov, Ramil Şeydayev, Ağabala Ramazanov və Rüfət Dadaşov yer alıblar.

Bəhreyn yığmasının ilk on birliyində meydana Sayed Mohamed Jafar, Valeed Mohamed, Ahmed Mubarak, Mohamed Yusuf, Ali Jafar, Abdulvahab A.Rahman, İsmaeel Abdullatif, Abdulla Khaled, Mohamed Adel, Mahdi Faisal və Mohamed Abdulvahab çıxacaqlar.

Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gələcəklər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.

***

Millimizin matçı başladı.

***

Bəhreyn millisi Malodun matçın 31-ci dəqiqədə vurduğu qolla hesabda irəli çıxdı, bundan 10 dəqiqə sonra R.Dadaşov bərabərlik qoluna imza atdı: 1-1.

***

Matçın 62-ci dəqiqəsində T.Xəlilzadə komandamızın 2-ci qolunu vurub: 1-2.

***

Qətər millisi görüşün 68-ci dəqiqəsində hesabı bərabərləşdirsə də cəmi 2 dəqiqə sonra Ramil Şeydayev Azərbaycan yığmasını yenidən önə çıxardı.

***

Millimiz Bəhreyn millisinə 3-2 hesabı ilə qalib gəldi.

Tarix
2019.10.10 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla