Yuxarı

Avro-2020: Millimiz son anda qol vurdu, ancaq...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avro-2020: Millimiz son anda qol vurdu, ancaq...

16:14

Oktyabrın 13-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Axar.az xəbər verir ki, E qrupunda yer alan komandamız səfərdə Macarıstan yığmasının qonağı olacaq.

Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Görüşü Hollandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Dennis Higler olacaq. Ona həmyerliləri Yohan Balder və Yoost van Zuylen kömək edəcəklər.

Hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.

***

Komandalar meydana bu heyətlərlə çıxacaqlar:

Macarıstan: 1. Peter Qulaçi, 3. Mixay Korxut, 5. Botond Barat, 6. Villi Orban, 7. Balaş Cucak (k), 8. Mate Vida, 9. Adam Şalai, 10. Dominik Soboslay, 14. Qerqö Lovrençiç, 15. Roland Şallai, 20. İstvan Kovats

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 13. Eddi Silvester Paskual İsrafilov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21 Pavel Paşayev.

***

Macarıstan - Azərbaycan futbol matçı start götürüb.

***

Macarıstan oyunun 10-cu dəqiqəsində hesab açıb. Mixay Korxut uzaq məsafədən vurduğu qolla komandasını önə keçirib: 1-0.

***

Millimiz oyunun son dəqiqələrində hesabı bərabərləşdirsə də, oyunun baş hakimi qolu qeydə almayıb və matç 1-0 başa çatıb.

Tarix
2019.10.13 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla