Yuxarı

Gimnastlarımız Tokio-2020-yə lizensiya qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gimnastlarımız Tokio-2020-yə lizensiya qazandı

Bədii gimnastlarımızın ardınca kişi və qadın idman gimnastlarımız da Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Axar.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, onlar bu uğuru 4-13 oktyabr tarixlərində Almaniyanın Ştutqart şəhərində keçirilmiş idman gimnastikası üzrə Dünya Çempionatında əldə etməyi bacarıblar.

Qadın idman gimnastikası üzrə təmsilçimiz Marina Nekrasova və kişi idman gimnastımız İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq, Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər.

Qeyd edək ki, Marinanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır və idmançımız Olimpiadada bu növ üzrə ilk dəfə Yaponiya paytaxtında mübarizə aparacaq.

Dünya Çempionatında həmçinin kişi idman gimnastikası üzrə yığma komandanın üzvləri Murad Ağarzayev və Nikita Simonov da iştirak ediblər.

Tarix
2019.10.13 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla