Yuxarı

İdmançımız Avropa çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdmançımız Avropa çempionu oldu

Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov Portuqaliyanın Funşal şəhərində təşkil olunan sprint üzrə Avropa kuboku finalında qızıl medal qazanıb.

Axar.az xəbər verir ki, təmsilçimiz 58 idmançının mübarizə apardığı yarışı 52 dəqiqəlik nəticə ilə başa vurub. R.Pevtsov 750 metrlik su məsafəsini 8 dəqiqə 57 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 27 dəqiqə 9 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını təmsilçimiz 14 dəqiqə 56 saniyə nəticə ilə tamamlayıb.

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 1 saat 2 dəqiqə 47 saniyəlik nəticə ilə 10-cu olub.

Qeyd edək ki, idmançılarımız “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat turnirlərində iştirak edirlər. Onlar dünya və Avropa çempionatları, dünya və qitə kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.

Tarix
2019.10.21 / 09:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla