Yuxarı

İran Cüdo Federasiyası yarışlardan kənarlaşdırıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Cüdo Federasiyası yarışlardan kənarlaşdırıldı

Beynəlxalq Cüdo Federasiyasının (IJF) İntizam Komissiyası İran Cüdo Federasiyasının bütün yarışlardan kənarlaşdırılmasına qərar verib.

Report xəbər verir ki, İran idmançıları təkcə beynəlxalq yarışlardan yox, həmçinin inzibati və sosial tədbirlərdə iştirak etmək hüququndan da məhrum olublar.

IJF bu ilin sentyabrında Yaponiyada keçirilmiş dünya çempionatındakı hadisə ilə əlaqədar federasiyanı yarışlardan müvəqqəti kənarlaşdırıb.

Mundial ərəfəsində avqustun 28-də iranlı Said Mollaei federasiya və ölkə rəhbərliyinin göstərişi ilə İsrail təmsilçisi Saqi Muki ilə mümkün görüşün qarşısını almaq üçün turnirdə iştirakdan imtina edib.

Rəsmilər daha sonra Mollaeiyə belə bir göstəriş vermədiklərini və imtinanın idmançının şəxsi təşəbbüsü olduğunu bildiriblər. Araşdırmanın yekununda isə IJF İran Cüdo Federasiyasının günahkar olduğunu aşkarlayıb.

Cəzanın aradan qaldırılması üçün İran Cüdo Federasiyası IJF-yə təşkilatın nizamnaməsinə uyğun olacağına dair zəmanət verməlidir.

Tarix
2019.10.23 / 02:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla