Yuxarı

Federasiya ilə nazirlik arasında qalmaqal

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Federasiya ilə nazirlik arasında qalmaqal

Gənclər və İdman Nazirliyinin Qusar rayon şöbəsi Qusarda draytulinq üzrə çempionatın keçirilməsinə qadağa qoyub.

Bu açıqlamanı "Axar.az"a Azərbaycan Respublikası Alpinizm Federasiyasının sədri Şirxan Məmmədov verib.

O, bununla bağlı Qusar Rayon İcra hakimiyyətindən razılıq aldıqlarına baxmayaraq, İdman və Gənclər Nazirliyinin Qusar şöbəsinin yarışların keçirilməsinə mane olduğunu bildirib:

"Dünən biz bununla əlaqədar yerli icra hakimiyyət orqanları ilə görüşlər keçirmişdik. Bizə heç bir problemin olmadığını dedilər. Lakin Gənclər və İdman Nazirliyinin Qusar rayon şöbəsinin nümayəndəsi heç bir əsas gətirmədən bizə tədbir keçirməyə icazə vermədi. İndi də heç bir əsas gətirmədən yolu bağlayıblar. Tədbir keçirməyə qoymurlar".

Ş.Məmmədov nazirliyin bölgə üzrə nümayəndəliyinin qadağa ilə bağlı sonradan onlara dedikləri səbəblərin əsassız olduğunu qeyd edib:

"Bizə deyirlər ki, əsasnaməniz təsdiq olunmayıb. Amma əsasnamə respublika yarışlarına aiddir. Bizdə isə daxili yarışlardır. Burada isə ancaq yerli icra orqanlarına tədbirin keçirilmə yeri haqqında məlumat verməlisən. Bu, həmişə belə olub. Sadəcə, bizə təzyiq göstərirlər ki, bu tədbirin keçirilməsinə mane olsunlar. Əvvəl bələdiyyə icazə vermirdi, indi də bunlar".

Tarix
2013.12.14 / 17:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Niderland səfirliyi Tehrandan Bakıya köçürüldü

Şara və Əliyev Yaxın Şərqi müzakirə etdi

Finlandiya prezidenti İlham Əliyevə zəng etdi

Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

İran İsraili vurdu: İki azərbaycanlı həlak oldu - Foto

İrana humanitar yardım: Azərbaycan qonşuluğa sadiqdir

Əliyev hər şeyi Pezeşkianın bircə zənginə qurban etdi...

“ABŞ çökəcək” deyən müdrik deputatımıza xatırlatma...

İranda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Trampın Putinə təcili zənginin məqsədi - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla