Yuxarı

"Qarabağ"la matç son şansdır" - APOEL-in futbolçusu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"la matç son şansdır" - APOEL-in futbolçusu

Asanlıqla deyə bilərəm ki, bu, bizim üçün son şansdır. Bu qarşılaşmaya çox yaxşı hazırlaşmışıq.

Report xəbər verir ki, bu fikirləri Kiprin APOEL klubunun futbolçusu Uroş Matiç Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib.

Klubun televiziyasına açıqlama verən 29 yaşlı serbiyalı yarımmüdafiəçi azarkeşlərinin dəstəklərinə ehtiyacları olduğunu sözlərinə əlavə edib: "Ümid edirəm ki, insanlar xəyallarımızı reallaşdırmaq üçün bizə dəstək olacaqlar. Yeni ildən sonra da Avropada futbol oynamaq istəyirik. Təbii ki, fanatlara ehtiyacımız var. Onları arxamızda hiss edəndə, tamam fərqli olur. APOEL-in yaxşı azarkeşləri var və komandamız güclüdür. Ümid edirəm ki, bunları "Qarabağ"la matçda da görəcəyəm".

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb.

Tarix
2019.11.06 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla