Yuxarı

Hakim toyuğu öldürən futbolçuya qırmızı vərəqə göstərdi - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hakim toyuğu öldürən futbolçuya qırmızı vərəqə göstərdi - Video

Xorvatiyanın həvəskar liqasında çıxış edən "NK Yelenqrad" komandasının futbolçusu İvan Qazdek qeyri-adi hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Report xəbər verir ki, 23 yaşlı oyunçu matç zamanı meydanda olan toyuqları qovub. Bu vaxt Qazdek onlardan birini vuraraq öldürüb və toyuğu meydandan kənara atıb. Xorvatiyalı futbolçunun bu hərəkətlərindən sonra hakim ona qırmızı vərəqə göstərib.

Qazdek oyundan sonra məsələ ilə bağlı bunları söyləyib: "Toyuqlar daim meydana çıxırdılar. Ot örtüyü nəcislə dolu idi. Bunlar sağlamlıq üçün təhlükədir. Onları qovmaq üçün qaçdım, təpik atdım və təsadüfən birini öldürdüm. Hakim mənə tərəf qaçdı və qırmızı vərəqə göstərdi. Toyuğu bilərəkdən öldürmədim. Sahibinə məktub yazıb yeni bir toyuq göndərərək ondan üzr istədim".

Tarix
2019.11.06 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla