Yuxarı

Məğlubiyyətə layiq idik - "Neftçi"nin baş məşqçisi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məğlubiyyətə layiq idik - "Neftçi"nin baş məşqçisi

Ən pis oyunumuz idi. Məğlubiyyətə layiq idik. Komandanın özünəinamı yox idi. İstədiyimiz oyunu sərgiləmədik. Komandamız öz səviyyəsindən aşağı çıxış etdi. Çox üzgünük.

Report xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, komanda şəklində uduzublar və bu, bütün kollektivin məğlubiyyətidir: "Mən futbolçulardan belə oyun gözləmirdim. Sanki arxayınlıq var idi. Dario Frederiko fərdi oyuna meyl etsə də, qol imkanları oldu. Hətta üçüncü qolu da buraxa bilərdik. Çünki müdafiəçilər fərdi səhvlər edirdilər. Oyunçular həftəboyu yaxşı məşq etmişdilər. Hətta ilk qolu da vurdular. Amma bugünkü oyunda əvvəlki matçlardan aşağı səviyyəli çıxış etdik".

İtaliyalı baş məşqçi "Keşlə"nin yaxşı çıxış etdiyini deyərək, Sezar Meza Kollini xüsusi fərqləndirib: "Komandama onu diqqətdə saxlamağı tapşırmışdım".

Bordin gənc referi Vüqar Həsənlinin idarəçiliyinə də toxunub: "Oyunda qərarlar hər iki tərəfə obyektiv olmalıdır. Tural Axundov, Baqali Daboya verilən sarı vərəqələr gec oldu. Hətta mənə də sarı vərəqə göstərdi".

Baş məşqçi bugünkü məğlubiyyətlə özlərini çətinə saldıqlarını da vurğulayıb: "Çalışıb bu məğlubiyyəti həzm etməli və növbəti oyunlara ciddi hazırlaşmalıyıq. Hələ heç nə bitməyib. Rəqiblərimizin də oyunları var. Bugünkü məğlubiyyətə başqa səbəb axtarmıram. Amma hakimlər tərəfindən obyektivlik olmalıdır. Rəqib komanda etiraz bildirəndə sarı vərəqə göstərir, Daboya qarşı kobudluğa görə susursa, mən etiraz edəndə özümə sarı vərəqə göstərirsə, bundan narazı qalmalıyam".

Tarix
2019.11.09 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi - XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla