Yuxarı

Bizi Azərbaycanla ciddi oyun gözləyir - Giggz

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizi Azərbaycanla ciddi oyun gözləyir - Giggz

Bakıda olmaqdan çox məmnunam. Ümid edirəm ki, paytaxtınızdan xoş təəssüratlarla ayrılacağam.

Axar.az xəbər verir ki, bu sözləri futbol üzrə “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Uels yığmasının baş məşqçisi Rayan Giqqz noyabrın 15-də təşkil olunan mətbuat konfransında bildirib.

Uelsli mütəxəssis deyib:

“Sabah bizi vacib oyun gözləyir. Hər iki komandaya uğurlar arzulayıram. Ancaq qələbə üçün oynayacağıq. Bir müddət əvvəl Tom Lourens zədələnərək sıradan çıxmışdı. Hazırda onun vəziyyəti yaxşıdır. Bizi Azərbaycanla ciddi oyun gözləyir. Qalib gəlməyi çox istəyirəm. Rəqibə qarşı oyun asan olmayacaq. Futbolçularım sabahkı oyunun bizim üçün nə qədər vacib olduğunu anlayırlar. Əsas məqsədimiz 3 xal qazanmaqdır”.

Giqqz vaxtilə futbolçu kimi Azərbaycan millisinə qarşı oynadığını xatırladıb: “O vaxtlar futbolçu kimi oynamışdım. İndi baş məşqçiyəm. Amma baş məşqçi kimi rəqib olmaq daha çətindir”.

Bakıda ilk dəfə olduğunu deyən Uels millisinin kapitanı Qaret Beyl bildirib ki, əgər Azərbaycan millisinin son oyunlarına nəzər salsaq, inkişafın olduğunu görmək olar. Beş-on il əvvəlki komanda ilə hazırkı kollektiv arasında fərq hiss olunur. Bakıya qələbə qazanmaq üçün gəlmişik. Ümid edirəm ki, maraqlı oyun nümayiş etdirib istəyimizə nail olacağıq.

Qeyd edək ki, Azərbaycan-Uels oyunu noyabrın 16-da “Bakcell Arena”da saat 21:00-da start götürəcək.

Tarix
2019.11.15 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla