Yuxarı

Azərbaycan Tokio olimpiadasına daha bir lisenziya qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Tokio olimpiadasına daha bir lisenziya qazandı

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarının kişilər arasında şose velosipedi növündə təmsil oluncaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) Axar.az-a verilən məlumata görə, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən Milli Olimpiya Komitəsinə və AVİF-ə təsdiq məktubu göndərilib.

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, kişilərin şose velosipedində Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayında başa çatıb və Olimpiya reytinqinin ilk 50 pilləsində qərarlaşan milli federasiyaların 130 idmançısı 4 illiyin zirvə yarışında iştirak hüququna yiyələnib.

Bu müddət ərzində yığmamızın baş məşqçisi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət komandamız lisenziya xalları verən beynəlxalq nüfuzlu yarışlarda 894 xal toplayıb.

Ümumilikdə UCI-a üzv olan 196 milli federasiyadan 115-i Tokio-2020 Yay Olimpiya oyunlarına lisenziya xalları qazanıb ki, Azərbaycan milli komandası da onların arasında 44-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, şose velosipedində lisenziyalar milli federasiyalara verilir və Olimpiadada mübarizə aparacaq idmançını federasiya müəyyənləşdirir.

Tarix
2019.11.15 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur - PA rəsmisi

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Simonyan: Ruslara dedim, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla