Yuxarı

Onlar heyətdə olsaydı... - Millimizin çalışdırıcısı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar heyətdə olsaydı... - Millimizin çalışdırıcısı

Uelsi təbrik edirəm. Layiqli qələbə qazandılar. Rəqib daha yaxşı komandadır. Standart vəziyyətlərdən qol buraxdıq. Rəqibin heyətində hündür oyunçular var. Onların öhdəsindən gələ bilmədik. Künc zərbələri leyhimizə çox oldu. Amma yararlanmadıq. Qol vurmağa cəhd etdik. Bizim hücumlarımız çox kəsərli və təhlükəli deyildi. Bir epizodu qeyd etmək istəyirəm. Rəqib oyunçu açıq əllə oynadı. Penalti var idi. Uels keyfiyyətli və təcrübəli komandadır. Onların oyunçuları Avropanın aparıcı klublarında çıxış edirlər. Bizim isə bəzi futbolçularımız zədəlidir. Onlar heyətdə olsaydı, başqa nəsə etmək mümkün idi. Ancaq alınmadı.

Report-un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələ matçında Bakıda Uelsə uduzduqları (0:2) oyundan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis qrupdakı bütün komandaların keyfiyyətcə Azərbaycan yığmasından daha yaxşı olduğunu sözlərinə əlavə edib: "Macarıstanda bir xalımızı əlimizdən aldılar. Rəqiblərdəki keyfiyyət daha yaxşıdır. Daha çox xal qazanmağımız mümkün idi. Müəyyən hallarda bəxtimiz gətirmədi. Səhvlər də etdik. Ona görə bir xal qazana bilmişik. Nəticə baxımından durum yaxşı deyil. Hesab edirəm ki, şans verdiyimiz cavan oyunçular gələcək görüşlərdə daha yaxşı çıxış edəcəklər".

Xorvatiyalı məşqçi oyundan sonra AFFA rəhbərliyi ilə görüşmədiklərini söyləyib: "Əldə etdiyimiz xallardan mən də razı deyiləm. Bizdə 2-3 keyfiyyətli oyunçu çatışmır. Komandadakı durumumla bağlı nəsə deyə bilmərəm. Müqaviləm fevral ayına qədər qüvvədədir. Özüm və ailəm Bakını və Azərbaycanı bəyənirik. Oyunçulardan da yaxşıdır. Bundan sonra daha yaxşı nəticələr göstərmək mümkündür".

Tarix
2019.11.17 / 00:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla