Yuxarı

Turnir başa çatdı: idmançılarımızdan böyük uğur

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Turnir başa çatdı: idmançılarımızdan böyük uğur

17.11.2019. 00:54

Macarıstanda yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turnirinin birinci günündə idmançılarımız uğurla çıxış edərək bir qızıl, iki bürünc medal qazanıblar.

Axar.az xəbər verir ki, ölkəmizi qitə turnirində 50 kiloqram çəki dərəcəsində təmsil edən Nurlan Kərimli finalda italiyalı idmançı Pietro Andreinini məğlub edərək Avropa kubokunun qalibi olub. Komandamızın digər üzvləri Hüseyn Allahyarov (50 kq) və Aydın Rzayev (60 kq) bürünc medal əldə ediblər.

Azərbaycanın 7 cüdoçusunun qatıldığı Avropa kuboku yarışlarında 31 ölkədən 500-dən çox cüdoçu mübarizə aparır. Turnirə noyabrın 17-də yekun vurulacaq.

***

Turnirin son günündə 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Əlirza Şıxəlizadə finala qədər uğurla irəliləsə də, həlledici mərhələdə Fransa təmsilçisi Aleksandre Tamaya məğlub olaraq gümüş medalla kifayətlənib.

Bununla da milli komandamız turniri 4 medalla başa vurub.

Tarix
2019.11.18 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla