Yuxarı

Ruslar Avro-2020-dən uzaqlaşdırılır? - Şok

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Rusiya milli komandası Avro-2020-dən də kənarlaşdırıla bilər.

Report-un məlumatına görə, belə bir variantı Rusiya Antidopinq Agentliyinin baş direktoru Yuri Qanus istisna etməyib.

O bildirib ki, Sankt-Peterburqun qitə çempionatının oyunlarına ev sahibliyi etməmə ehtimalı da var:

"Hazırda Rusiya Antidopinq Agentliyi Ümumdünya Antidopinq Agentliyinə (WADA - red.) şərti uyğunluq rejimindədir. Onu saxlamaq üçün biz iki şərti yerinə yetirməli idik. Birincisi, 31 dekabr 2018-ci ilədək ekspertləri Moskva laboratoriyasına buraxmalı və onlara elektron bazanı ötürməli, ikincisi, 30 iyun 2019-cu ilədək maddi məlumatların - WADA-nın araşdırma şöbəsinə verilməsi üçün dopinq-test siyahısının ötürülməsini təmin etməli idik".

Gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək Avropa çempionatında Sankt-Peterburq qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyununa ev sahibliyi etməlidir.

Qeyd edək ki, daha əvvəl WADA-nın müvafiq komitəsi qurumun İcraiyyə Komitəsinə Rusiyanı beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırmağı tövsiyə edib. Bu isə ölkə idmançılarının 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında neytal bayraq altında çıxışı, futbol yığmasının isə 2022-ci il dünya çempionatında iştirak etməmə variantının mümkünlüyü anlamına gəlir.

Tarix
2019.11.26 / 10:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla