Yuxarı

"Qalatasaray" qələbəni əldən verdi, "Lokomotiv" isə...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasınınn qrup mərhələsində V tura start verilib.

Axar.az xəbər verir ki, turun açılış oyunları Türkiyə və Rusiyada təşkil olunub. İstanbuldakı qarşılaşmada "Qalatasaray" Belçika "Brügge"si üzərində qələbəni uzatma dəqiqələrində qaçırıb. 11-ci dəqiqədə Adem Büyük hesabı açıb. Bu, "sarı-qırmızılar"ın cari mövsümdə ilk qolu olub. Lakin 90+2-ci dəqiqədə Krepin Diatta qonaqların bərabərlik qolunu vurub.

Bundan sonra Diatta və komanda yoldaşı Klinton Mata qol sevincini yolverilməz tərzdə qeyd etdikləri üçün ikinci sarı vərəqə alaraq, meydandan qovulublar. Lakin "Qalatasaray" 9 futbolçu ilə qalan "Brügge"yə qalan uzatma dəqiqələrində qol vura bilməyib.

Nəticədə Belçika təmsilçisi xallarını 3-ə çatdıraraq, 3-cü, Türkiyə komandası isə 2 xalla sonuncu pillədə qalıb. İndi Avropa Liqasına vəsiqə verən 3-cü yerin taleyi son turda həll olunacaq. "Qalatasaray" Fransada PSJ-nin qonağı olacaqsa, "Brügge" evdə İspaniya "Real Madrid"i ilə qarşılaşacaq.

D qrupunun qarşılaşmasında isə "Lokomotiv" Moskvada Almaniyanın "Bayer" komandasına 0:2 hesabı ilə uduzaraq, Avropa Liqası şansını da itirib. 11-ci dəqiqədə "dəmiryolçular"ın futbolçusu Rifat Jamaletdinov öz qapısına göndərib. 54-cü dəqiqədə isə Sven Bender son nöqtəni qoyub. Bu qələbə sayəsində "Bayer" qrupda 2-ci yer uğrunda mübarizə şansını qoruyub. Lakin hazırda davam edən görüşdə İspaniya "Atletiko"su İtaliyada "Yuventus"a qalib gəlsə, Almaniya komandası Çempionlar Liqasının 1/8 finalına vəsiqə şansını itirəcək.

Tarix
2019.11.27 / 00:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla