Yuxarı

Qurban Qurbanov: Bundan əl çəkməməyə çalışırıq...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib pley-offa vəsiqəni təmin edib. Bizim üçün hər bir matç önəmli olub. Xüsusilə də böyük komandalara qarşı öz oyunumuzu yaxşılaşdırmağa çalışırıq.

Report-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya" ilə oyun haqda danışarkən deyib.

47 yaşlı mütəxəssis matçın keçiriləcəyi Xunan Sançes Pisxuan stadionunda baş tutan mətbuat konfransında bildirib ki, "Sevilya" və "Atletiko" fərqli komandalardır: "İki il əvvəl "Atletiko" ilə səfərdə heç-heçə etmişdik. Amma hər iki komanda fərqli tərzdə oynayır. İstənilən halda yaxşı çıxış etməyə çalışacağıq. Maksim Medvedyevin durumu yaxşıdır. Onun meydana çıxmaq ehtimalı böyükdür. "Sevilya" növbəti mərhələyə yüksəlmək haqda düşünməyən az saylı komandalardan biridir. Buna Bakıdakı oyunda da şahid olduq. Baş məşqçi və futbolçularının fikirlərindən də görünür ki, hücum futbolu nümayiş etdirmək istəyirlər. Rəqib dinamik futbol tərəfdarıdır".

Qurbanov öz oyun üslublarına sadiq qalmağa çalışacaqlarını vurğulayıb: "Bizim öz oyun üslubumuz var, bundan əl çəkməməyə çalışırıq. Bəzən rəqiblər, durum durum fərqlidir. "Sevilya"ya boşluqlar verməməliyik. Sabah da az səhv etsək, istədiyimizə nail ola bilərik.

Həqiqəti deməli, reallığa baxmalıyıq - "Sevilya" istənilən rəqibə qarşı dominantlıq etmək istəyir. Bəzən öz futbolunu nümayiş etdirə bilmirsən, məcburən müdafiəyə çəkilirsən. Sabah intizamlı oyun göstərməyə çalışacağıq. Məni hər zaman bəzi futbolçuların optimal formadan uzaq olmaları narahat edir. Bu gün bu barədə düşünmürəm. Tam hazır olan oyunçuları meydana buraxacağıq".

Tarix
2019.11.27 / 22:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla