Yuxarı

"Qarabağ" məğlub oldu, şansını itirdi - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.11.28 - 23:27

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin beşinci turu çərçivəsində “Sevilya” - “Qarabağ” klubları arasında noyabrın 29-da, Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.

Axar.az xəbər verir ki, Sevilya şəhərindəkı “Xuan Sançes Pisxuan” stadionunda keçiriləcək görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rahil Məmmədov, Abbas Hüseynov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Zubir və Xayme Romeo yer alıblar.

“Sevilya”nın heyətində isə meydana Bunu, Poso, Serxio Qomes, Daniel Karrisu, Eskudero, Roni Lopeş, Qudel, Oliver Torres, Munir, Dabbur və Ernandes çıxacaqlar.

Qarşılaşmanın idarə edilməsi İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Məhəmməd Əl-Hakimi olacaq.

A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu öz meydanında Kiprin APOEL komandasını qəbul edəcək.

Dörd turdan sonra aktivində 12 xal olan “Sevilya” qrupda birinci pillədə qərarlaşıb. Aktivində 4 xal olan APOEL və “Qarabağ” ikinci və üçüncü yerləri bölüşürlər. “Düdelanj” isə üç xalla sonuncu - dördüncü yerdə qərarlaşıb.

***

"Qarabağ"la "Sevilya"nın görüşü başladı: 0-0.

***

"Sevilya" matçın 61-ci dəqiqəsində Qil Brayanın qolu ilə hesabı açdı: 1-0.

***

Dabbur matçın 91-ci dəqiqəsində 2-ci qolu "Qarabağ"ın qapısından keçirdi: 2-0. Matç bu hesabla da başa çatdı. Bununla da "Qarabağ"ın qrupdan çıxmaq şansı qalmadı.

Tarix
2019.11.29 / 01:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla