Yuxarı

Şenol Günəş püşkdən danışdı: Bakını istəyirdik...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqiblərimizdən daha çox qrup oyunlarını hansı şəhərdə keçirəcəyimizi, səyahətləri müzakirə etmişdik. Biz Bakını istəyirdik. Uzun bir səyahət olsa da, Azərbaycanda doğma meydanımızdakı kimi oynayacağımızı düşünürük.

Axar.az xəbər verir ki, bunu futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Avropa çempionatının final mərhələsinin püşkatmasının nəticələri barədə danışarkən deyib.

Qeyd edək ki, noyabrın 30-da Buxarestdə keçirilən püşkatmanın nəticələrinə əsasən, Bakının Roma ilə birlikdə oyunlarına ev sahibliyi edəcəyi A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə yığmaları yer alıblar.

Azərbaycan paytaxtında – Bakı Olimpiya Stadionunda A qrupunun üç, dörddəbir final mərhələsinin bir qarşılaşması təşkil olunacaq. Qardaş ölkənin yığma komandası Bakıda iki oyun keçirəcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionunda iyunun 13-də Uels və İsveçrə yığmaları qarşılaşacaqlar. Türkiyə millisi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə görüşəcək.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.

Tarix
2019.12.01 / 00:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla