Yuxarı

10 oyun qalib gələ bilməyən klubun məşqçisi danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
10 oyun qalib gələ bilməyən klubun məşqçisi danışdı

Qış fasiləsindən öncə son oyun idi. Axırıncı pillədən qurtula bilərdik. Amma bacarmadıq. Heyətimizi rəqiblə müqayisə edə bilmirik. Ustalıq səviyyəsi "Zirə"də daha çox idi. Geridönüş edə bilmədik. Qol vurduq, amma heç-heçə cəhdimiz alınmadı. Rəqibin ustalıq səviyyə ümidlərimizi puç elədi.

Report-un məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XIV turunda səfərdə "Zirə"yə 1:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis komandada zədəli oyunçuların olduğunu söyləyib: "Demirəm ki, məndə günah yoxdur. 10 oyun qalib gəlməmək böyük problem deyil. Daha böyük problemlər var. Tapşırıq olub ki, daha gənc oyunçulara şans verək. Bundan danışmaq lazımdır.

Meydanda 3 limit futbolçumuz var idi. Təcrübəli futbolçular bu vəziyyətlə barışmaq istəmirlər. Onlar iddialı klublarda çıxış etmək istəyirlər. İddiamız zəifləyib deyə onlar da narahatdır. Hər kəs çalışır ki, maksimum dərəcədə çıxış etsin. Bu gənc oyunçuların ilk illəridir. Onların oyun sayı artmalıdır ki, təcrübələri də çoxalsın.

Ona görə rahatam ki, heyətimiz gəncdir. Onları milli komandaya qazandıra bilərik. Mənim dövrümdə komandada pozitiv hallar daha çoxdur. Yeganə narahatlıq odur ki, sonuncu pillədə gedirik. Bu məni razı sala bilməz".

Hacıyev klubla müqaviləsinin davam etdiyini əlavə edib: "Çempionat başlayandan sonra komandanı tərk edənlər oldu. Fasilədə də gedənlərin sayı artacaq".

Tarix
2019.12.08 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

Diplomatiyada tarixi və diqqətçəkən dönüş nöqtəsi...

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla