Yuxarı

Şamil Qurbanov: “Erməni dostlarım var...”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamil Qurbanov: “Erməni dostlarım var...”

Erməni klubu "Ulises"in baş məşqçisi Qaqik Simonyan millimizdə oynamış Şamil Qurbanovu bəyənsə də, onunla müqavilə imzalamayacaq.

Axar.az xəbər verir ki, erməni baş məşqçi Ş.Qurbanovun millimizin düşərgəsində olmasından xəbərsiz imiş.

Menecer vasitəsilə "Ulises"in düşərgəsinə yollanan Qurbanov məşqçilər korpusunun rəğbətini qazanıb. Məhz bundan sonra Q.Simonyan Qurbanovun dosyesi ilə tanış olub və onun millimizin düşərgəsində olmasından xəbər tutub. Qurbanovla bağlı yaranan ajiotajdan sonra Ermənistan çempionatının lideri "Ulises"lə müqavilə imzalaya bilməyib.

Qurbanov isə "sportnet.az"a müsahibəsində bunları deyib: "Axı siyasət nəyə görə mənə təsir göstərməlidir? Mənim nə bu, nə də digər xalqa qarşı nifrətim var. Sadəcə, öz sevimli işimlə məşğul olmaq istəyirəm. Mən iki ölkənin münasibətlərindən xəbərdar idim.

Yaxın dostlarım Ermənistandandır. Azərbaycanlı uşaqlarla da birgə böyümüşəm, onlarla oynamışam, onları dəyərləndirir və hörmət edirəm. Amma münasibətləri qıran deyiləm. Bir daha deyirəm: Siyasətin mənə dəxli yoxdur. Mənim üçün pis millət yox, pis insanlar var".

Tarix
2015.02.06 / 17:01
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla