Yuxarı

Atletimiz İsraildə bürünc qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atletimiz İsraildə bürünc qazandı

İsrailin Eylat şəhərində keçirilən 15-17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından Axar.az-a bildirilib ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Yaşı 17-yə qədər olan atletlərdə 96 kiloqram çəki dərəcəsində Azərbaycanın iki atleti – Tarmenxan Babayev və Əli Şükürlü qüvvələrini sınayıbar.

Əli Şükürlü toplam 306 kiloqram (140+166) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.

Tarmenxan Babayev birdən qaldırma hərəkətində 145 kiloqram nəticə ilə 4-cü pillədə qərarlaşıb. Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 181 kiloqram nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq Avropa birinciliyinin bürünc medalını qazanıb.

Toplam 326 kiloqram (145+181) nəticə ilə T.Babayev yekun sıralamada 4-cü yeri tutub.

Tarix
2019.12.14 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla