Yuxarı

Çin Özilə görə yayımı ləğv etdi - Qalmaqal

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin CCTV dövlət telekanalı İngiltərə Premyer Liqasında XVII turun bu gün keçiriləcək "Arsenal" - "Mançester Siti" matçının yayımını ləğv edib.

Report-un məlumatına görə, telekanal bu görüşün əvəzinə "Vulverhempton" - "Tottenhem" oyununun video-yazısını nümayiş etdirəcək.

CCTV-nin qərarının "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özilin bu yaxınlarda sosial şəbəkədə yazdığı fikirlərlə əlaqədar olduğu bildirilir.

Türk əsilli futbolçu Çində uyğurların sıxışdırılmasını mühakimə edərək, müsəlmanları bu problemə susqun qalmaqda ittiham edib. Sonradan "Arsenal" klubu rəsmi açıqlama ilə Özilin şəxsi fikirlərini ifadə etdiyini vurğulayıb.

Qeyd edək ki, Çin hökuməti türkdilli xalq olan uyğurlara qarşı repressiya siyasəti aparmaqda, onların dini və mədəni hüquqlarını məhdudlaşdırmaqda günahlandırılır. Çinin Sintszyan-Uyğur muxtar bölgəsindən 10 milyonadək uyğur yaşayır.

Tarix
2019.12.15 / 15:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyarto bu gün Azərbaycana gəlir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla