Yuxarı

“Qarabağ” UEFA-dan şikayət edəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” UEFA-dan şikayət edəcək

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"i ilə oyununda üzləşdiyi hakim qərəzi ilə əlaqədar UEFA-nın Apelyasiya Komitəsinə müraciət edəcək. Bu barədə Sportnet.az-a klubun vəkili Qürur Qaye Günal məlumat verib.

Onun sözlərinə görə, UEFA-nın Etika və Nizam-İntizam Komitəsi şikayətə baxılmama səbəbini artıq açıqlayıb. Avropa futbol qurumundan bildirilib ki, ofsaydı dəyərləndirmək hakimin səlahiyyətindədir. Üstəlik, matçın 48 saniyə erkən bitməsinə dair dəlil yoxdur.

Günal buna cavab olaraq deyib: "Hamımız birgə videonu izləyək. Qol epizodundan sonra oyun davam etdirilibmi? Video qeydlərindən də aydın dəlil nə ola bilər? Deyəsən, UEFA bizimlə eyni matçı seyr etməyib".

Qeyd edək ki, "İnter"lə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçın 90+4-cü dəqiqəsində "Qarabağ"ın yarımmüdafiəçisi qaydalar çərçivəsində qol vurub. Lakin çexiyalı baş hakim Miroslav Zelinka həmin epizodda ofsayd olduğunu iddia edərək, qolu saymayıb.

Tarix
2015.02.10 / 15:27
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla