Yuxarı

XL diqqətsizlikdən uduzdu, “Qarabağ” isə… - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
XL diqqətsizlikdən uduzdu, “Qarabağ” isə… - Foto

Bu gün Topaz Premyer Liqasında 21-ci tura yekun vurulub.

Axar.az xəbər verir ki, "Bakı" "Sumqayıt"la heç-heçəyə qalıb.

AZAL lider "Qarabağ"ı qəbul edib və Reynaldonun ikinci hissədə vurduğu qol ağdamlılara vacib 3 xalı qazanıb və komanda liderliyini möhkəmləndirib.

Tura "böyük oyun"la yekun vurulub. "Neftçi" "Xəzər Lənkəran"la matçda uğursuz seriyaya son qoyub. Paytaxt təmsilçisi bir gün əvvəl "Simurq"a təhvil verdiyi üçüncülüyü geri qaytarıb – 2:0.

***

"Üçüncü dövrəyə pis başlamışdıq. Bu oyunda bizə mütləq qələbə lazım idi. Birinci hissədə çox qol epizodumuz var idi, istifadə edə bilmədik. İkinci hissədə dəyişikliklər edib, öz istəyimizə çatdıq. İkinci qoldan sonra daha rahat oynadıq. Nəhayət, qələbə qazanıb, "qara zolaq"dan çıxdıq".

Bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov oyundan sonra (2:0) keçirilən mətbuat konfransında deyib.
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov komandasının təcrübəsizlikdən yox, diqqətsizlikdən məğlub olduğunu bildirib:

"Böyük oyun maraqlı alındı. Təcrübəsizlikdən yox, diqqətsizlikdən məğlub olduq. Rəqib haqqında heç nə demək istəməzdim. Sadəcə, onları təbrik edirəm. Biz isə növbəti oyunlara ciddi hazırlaşmalıyıq".

Tarix
2015.02.12 / 01:44
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla