Yuxarı

Yığmamız olimpiadaya vəsiqə şansını itirdi - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020.01.09. 23:21

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində növbəti oyununu keçirib.

Axar.az xəbər verir ki, Vаsif Tаlıbovun baş məşqçi olduğu komandanın ikinci rəqibi Bolqarıstan yığması olub.

Niderlandın Apeldorn şəhərində keçirilən oyun yığmanın 1:3 (23:25, 19:25, 25:21, 22:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Azərbaycan millisi ilk görüşdə meydan sahiblərinə 0:3 hesabı ilə uduzub.

Günün digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala çıxacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupda sonuncu qarşılaşmasını yanvarın 10-da Polşa kollektivinə qarşı keçirəcək.

***

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şanslarını itirib.

Bu, Niderlandın Apeldorn şəhərindəki Avropa Təsnifat Turnirində hazırda meydan sahibləri ilə Polşa arasında davam edən görüş zamanı məlum olub.

İlk 2 setdən 25:20 və 25:23 hesablı üstünlüklərlə ayrılan Polşa aktivinə ən azı daha bir xal yazdırıb. Birinci oyununda isə bu komanda Bolqarıstana 3:1 hesabı ilə qalib gələrək, 3 xal qazanmışdı. Beləliklə, hazırda ən azı 4 xala malik Polşa 3 oyundan 3 xal yığan Bolqarıstan və hələ xalı olmayan Azərbaycan üçün əlçatmaz olub. Növbəti mərhələyə digər vəsiqəyə isə ən azı 6 xala malik Hollandiya yiyələnib.

Azərbaycan son turda Polşaya qalib gəlsə belə, yarımfinala vəsiqə verən ilk 2 pillədən birini tuta bilməyəcək. Vаsif Tаlıbovun baş məşqçi olduğu kollektiv Niderlanda 0:3, Bolqarıstana isə 1:3 hesabı ilə uduzub. Son turda Polşa ilə görüşdə qələbə də komandanı sonuncu pillədən qurtarmayacaq. Çünki 3 oyundan 3 xal yığan Bolqarıstan şəxsi oyunda Azərbaycandan üstündür.

Qeyd edək ki, Avropa Təsnifat Turnirinin yalnız qalibi olimpiadaya vəsiqə qazanacaq.

Tarix
2020.01.10 / 00:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla