Yuxarı

Voleybolçularımız son görüşdə də uduzdu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 10-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirinin qrup mərhələsində sonuncu oyununu keçirib.

Axar.az verir ki, millimiz Niderlandın Apeldorn şəhərində Polşa yığması ilə qarşılaşıb. Görüş polşalı voleybolçuların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz qrup mərhələsi çərçivəsində Niderlanda 0:3, Bolqarıstana isə 1:3 hesabı ilə məğlub olub.

Səkkiz ölkənin mübarizə apardığı yarış “Tokio 2020” Yay Olimpiya Oyunlarına Avropadan sonuncu iştirakçının adını müəyyənləşdirəcək. Təsnifat turnirinin iştirakçıları axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.

Azərbaycan millisi A qrupunda Niderland, Bolqarıstan və Polşa milliləri ilə birgə mübarizə aparır. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri güclərini sınayırlar. Turnirin qalibi Olimpiadaya bilet sifariş edəcək.

Tarix
2020.01.11 / 01:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla