Yuxarı

Azərbaycanlı idmançı İranı tərk etdi: Zülm edirdilər...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taekvondo üzrə Olimpiya oyunlarının mükafatçısı, əslən azərbaycanlı Kimya Əlizadə İranı tərk edib.

Report-un məlumatına görə, idmançı özünün İnstaqram səhifəsində "ölkədə milyonlarla zülmə məruz qalan qadınlardan biri" olduğunu yazıb.

Əlizadənin sözlərinə görə, idman məmurları onu istismar ediblər.

"Onlar məni hara istəyirdilər, ora göndərirdilər. Mən onların dediklərini daşıyırdım. Mən onların hər təklifini təkrarlayırdım", - taekvondoçu qeyd edib.

Əlizadə əlavə edib ki, İran hakimiyyəti onun medallarına sevinib, ancaq onu idman növünün seçiminə tənqid ediblər.

İranın ISNA agentliyinin məlumatına görə, idmançı Niderlanda gedib.

Qeyd edək ki, Əlizadə 2016-cı ildı Rio-de-Janeyroda keçirilən Olimpiada oyunlarında bürünc medal qazanıb. O, oyunlarda mükafat qazanmış yeganə İran idmançısı idi.

20 yaşlı idmançı ölkəsinin ilk qadın olimpiya medalçısı olub. İran prezidenti Həsən Ruhani Olimpiya oyunlarında qalib olmuş qadın taekvondoçuya müraciətində onun bütün iranlılara, xüsusən, qadınlara xoşbəxtlik bəxş etdiyini bildirib. Ölkənin dini lideri Ayətullah Xamenei isə iranlı qadın idmançının "Xanımlar üçün şərəfli hicab geyimi"ni hamıya nümunə göstərdiyini qeyd edib. Xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ansari isə bürünc medal qazanan digər hicablı, misirli Hidayə Mələyi də təbrik edərək, onları müsəlman dəyərlərinə hörmət edən qadınların birlik və güc simvolu adlandırıb.

Xatırladaq ki, Kimya Əlizadə 1998-ci ilin 10 iyulunda Kərəc şəhərində azərbaycanlı ailəsində dünyaya gəlib. Onun atası Təbriz yaxınlığındakı Zunuz əyalətindən, anası isə Ərdəbildəndir. Əlizadə əvvəllər Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında və dünya çempionatında qızıl, böyüklər arasında dünya çempionatında isə gümüş medal əldə edib.

Tarix
2020.01.12 / 16:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla