Yuxarı

Qriqorçuk yalnız "Qarabağ"ı çalışdıra bilər - Ukrayna mediası

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qriqorçuk yalnız "Qarabağ"ı çalışdıra bilər - Ukrayna mediası

Ukrayna mətbuatı "Astana"dan ayrılan Roman Qriqorçukun karyerasına harada davam etməsi ilə bağlı yazı hazırlayıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, yazıda "Qəbələ"nin sabiq çalışdırısının Azərbaycana qayıtmaq variantı da müzakirə olunub:

"Göründüyünü kimi, Şərqdə Roman Qriqorçukun sərgüzəştləri sona yaxınlaşır. Azərbaycanda ukraynalı məşqçi özü haqqında gözəl bir iz qoydu. Ancaq yerli çempionatda yalnız bir klub Qriqorçukun ambisiyalarına uyğundur - "Qarabağ". Amma orada uzun müddətdir Qurban Qurbanov uğurla işləyir və heç kim onun getməsini dilə gətirmir. Qazaxıstanda Qriqorçuk qeyri-müəyyən və qeyri-sabit nəticələrlə yadda qaldı . Məşqçinin özü yerli çempionatın çətinliklərindən, xüsusən də uzaq məsafəli uçuşlardan danışdı. Qriqorçukun özü də çətin ki orada qalmaq istəyirdi.. Ukrayna futbol dairələrində məşhur olan şərq yolu - Səudiyyə Ərəbistanı da real variant kimi görünmür. Qriqorçuk elə adlı-sanlı və məşhur məşqçi deyil ki, yerli şeyxləri cəlb etsin. Bəli, Çempionlar Liqasının qrup mərhələsinə yollanmağı arzulayan bir məşqçiyə indi Səudiyyə Ərəbistanına getmək qəribə olardı".

Yazıda Qriqorçukun karyerasını vətənində davam etdirməsinin ən düzgün variant olacağı vurğulanıb. Onun Kiyev "Dinamo"su, "Şaxtyor" və "Zarya"da çalışa biləcəyi bildirilib.

Tarix
2020.01.17 / 01:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyədən unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla