Yuxarı

“Qalatasaray”dan möhtəşəm transfer xəbəri

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qalatasaray”dan  möhtəşəm transfer xəbəri

Roberto Mançininin "Qalatrasaray"a baş məşqçi təyin olunmasından sonra İstanbul klubu ətrafında səs-küylü transfer xəbərləri dolaşır.

"Axar.az"ın İngiltərənin "Daily Mail" saytına istinadən verdiyi xəbərə görə, İstanbul klubu "Mançester Siti"nin bosniyalı ulduzu Edin Dzekoya göz tikib və keçidin qış transfer pəncərəsində reallaşacağı gözlənilir.

"Qalatasaray"ın indiki məşqçisi Roberto Mançininin vaxtilə "Mançester Siti"yə rəhbərlik etməsi də Dzekonun İstanbula köçmək perspektivini daha artırır.

Bosniyalı futbolçu da İstanbula gəlməyin əlehinə deyil. "Daly Mail"in yazdığına görə, futbolçu Mançseter klubunda Neqredo və Aqueranın əvəzedicisi rolunu oynamaqdan bezdiyini bildirib və klublar arasında razılaşma əldə olunarsa, "Qalatasaray"a transfer olunmağın əlehinə olmadığını bildirib.

Xatırladaq ki, Dzeko Almaniya Bundesliqasında "Volsfurq"un heyətində 85, "MS"nin heyətində isə 44 qolla yadda qalıb. Bosniya milli komandasının hücumçusu karyerası ərzində 142 oyuna 117 qola imza atıb. Onun uğrunda Madrid "Atletiko"su və "Napoli" kimi klublar da mübarizə aparır.

Tarix
2013.10.21 / 15:48
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Şuşada Ərdoğanın qarşılanmasına hazırlıq – Video

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

Ərdoğan Azərbaycana gəldi

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla