Yuxarı

Rusiyalı idmançı millimizdən qovuldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı idmançı millimizdən qovuldu

Velosiped millimizin üzvü Kirill Pozdnyakov yığmamızdan kənarlaşdırılıb.

Oxu.az-ın xəbərinə görə, rusiyalı legionerin Azərbaycan çempionatı vaxtı qəbul etdiyi metilfenidat metaboliti dopinq tərkibli olduğu üçün ona AMADA-nın göndərişi əsasında WADA (Ümumdünya Anti-Dopinq Agentliyi) tərəfindən iki illik cəza verilib.

Bu səbəbdən idmançı 2021-ci ilin yanvarın 2-dək yarışmaq hüququndan məhrumdur. Bu isə o deməkdir ki, rusiyalı legionerimiz bu il heç bir turnirdə yarışa bilməyəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev isə açıqlamasında bu xəbəri təsdiqləyib:

“O, bizdən maaş almır. Çünki dopinqə düşüb cəzalandırıldıqdan sonra yarışmır. Əgər yarışmırsa, ona niyə əlavə maaş verməliyik? Pozdnyakovun milliyə qayıtması söhbəti isə, ümumiyyətlə, müzakirə olunmur. Bu məsələ bizim üçün çoxdan bağlanıb. Yalnız cəzası başa çatdıqdan onun məsələsinə baxıla bilər”.

Xatırladaq ki, iki gün sonra 31 yaşını qeyd edəcək Kirill Pozdnyakov ilk dəfə 2015-ci ilin noyabrından Azərbaycanın “Synergy” klubunda çıxış etməyə başlayıb. 2017-ci ildən isə Azərbaycan pasportuna yiyələnərək millimizin üzvü olub.

Tarix
2020.01.18 / 10:17
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla