Yuxarı

Bakıda uelslilərin otel bronları ləğv edildi - Rəsmi reaksiya

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda uelslilərin otel bronları ləğv edildi - Rəsmi reaksiya

Dövlət Turizm Agentliyi futbol üzrə 2020-ci il Avropa çempionatında iştirak etmək üçün Bakıya gələcək Uels komandasının bəzi fanatlarının otellərdə bron etdiyi yerlərin ləğv edilməsi və qiymətlərin qaldırılması barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumata münasibət bildirib.

Axar.az xəbər verir ki, agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Trend-ə açıqlamasında belə hallar barədə məlumatının olduğunu deyib. Lakin o, bu məsələnin artıq nəzarətdə olduğunu, tezliklə həll ediləcəyini söyləyib:

“Biz çalışacağıq ki, digər strukturlarla birlikdə bu problemi həll edək və futbol pərəstişkarları məmnun qalsınlar. Qonaqpərvər ölkə olan Azərbaycanın bu tip tədbirlər keçirmək təcrübəsi böyükdür. Azərbaycanda artıq Avropa oyunları, Formula 1, UEFA Avropa Liqasının finalı və s. keçirilib. İndiyədək bütün problemlər yoluna qoyulub və əlbəttə ki, bu məsələ də öz həllini tapacaq”.

Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi sosial şəbəkədə bəzi Uels fanatlarının otellərdəki bronlarının ləğv edildiyi və yerlərin qiymətlərinin bahalaşması barədə məlumat yayıb.

Tarix
2020.01.22 / 23:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla