Yuxarı

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Avro-2020-nin Bakıda keçirilməsi ilə bağlı işlərə başlanılıb. Hazırda təşkilat mərhələsindəyik. 2020 könüllü qeydiyyata alınıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2020-ci ili "Könüllülər ili" elan edib. Bu, könüllülər üçün böyük hədiyyə və motivasiya oldu. Azərbaycanda könüllülər hərəkatı neçə ildir ki, inkişaf edir. Hər il könüllülərin sayı artır. Gənclərimiz sosial layihələrdə iştirak edirlər. Könüllülər Avropa çempionatına hazırlaşmağa başlayıblar. Biz də hazırlığa belə bir əyləncəli tədbirlə başladıq.

Axar.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov AVRO-2020 Bakı Könüllülük Proqramının açılış tədbirində jurnalistlərə açıqlamasında bildirib.

Federasiya rəsmisi Avro-2020 ilə bağlı dövlət qurumları ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb: "Avropa Liqasının finalında böyük təcrübə qazandıq. Bu təcrübəni tətbiq edəcəyik. Bu tədbirlərdə və yarışlarda könüllülərin dəstəyi böyükdür. Bu, bizim üçün çox önəmlidir. Gənclərimiz Azərbaycanda keçirilən idman tədbirlərində daim bizim yanımızdadırlar. Ona görə də futbol ailəsinin adından könüllülərə təşəkkürümüzü bildiririk".

E.Məmmədov Çempionlar Liqası finalının Azərbaycanda keçirilməsinə münasibət bildirib: "Gələcəkdə Çempionlar Liqasının finalı Bakıda ola bilər. Artıq son illərdir ki, Bakı idman şəhərinə çevrilib. Paytaxtda dünya və Avropa çempionatları da təşkil olunur. Futbol da ən böyük idman növüdür. Avropa Liqasının finalını uğurlu keçirdik. Ümid edirəm ki, Avropa çempionatındakı 4 matçı da uğurla təşkil edəcəyik. Çempionlar Liqasının finalına niyə ev sahibliyi etməyək?”

Tarix
2020.01.25 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilib

Türkiyə XİN-dən Zəfər Günü ilə bağlı paylaşım - Foto

Ermənilərin rəsmi itkiləri və bizim qazancımız!

Nikoldan Qarabağ açıqlaması: Bu, mənim səhvimdir ki...

Müharibənin ilk saatında HHM-nin yarısını necə itirdik?

Ərdoğan Azərbaycana yola düşdü

Dünyada ət niyə bahalaşır? - Araşdırma

Zəfər Günü ilə bağlı şüarlar “Tayms” meydanında - Video

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla