Yuxarı

Əfsanəvi Kobinin gizlinləri: Xəyanət, cinayət və rekordlar...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, yanvarın 26-da əfsanəvi basketbolçu Kobi Brayant Kaliforniyanın Kalabasas şəhərində helikopter qəzasında həlak olub. Onunla yanaşı qəzada 13 yaşlı qızı Cianna və daha 7 nəfər də həyatını itirib.

Məlumata görə, Kobi qəzaya uğradığı zaman qızının basketbol matçına yollanırmış. Belə ki, çoxları qızı Ciannanı “balaca Kobi” adlandırır, gələcəkdə atası kimi parlaq basketbol ulduzu olacağına inanırdı.

Los-Anceles polisinin AFP nəşrinə verdiyi açıqlamaya görə, qəzanın səbəbi hava şəraitinin minimum uçuş normalarına cavab verməməsi olub.

Ən aqressiv ilan...

Kobi dünyanın nüfuzlu basketbol liqasının (NBA) ən məşhur oyunçularından idi. Son dərəcə aqressiv bir ilan növü olan Qara Mambadan ləqəbini götürən Kobinin həyat yoldaşı Vanessa və üç qızı qalıb.

Dünya şöhrətli basketbolçunun vəfatı haqda ABŞ Prezidenti Donald Tramp, Ağ Evin rəsmi səhifəsi, keçmiş ABŞ prezidentləri Barak Obama, Bil Klinton, futbolçular K.Ronaldo, Lionel Messi rəsmi Tvitter hesablarında başsağlığı mesajı yayımlayıblar.

Yapon yeməyi...

Brayant 1978-ci ildə Filadelfiyada anadan olub. Roland Lazenbinin “Kobi Brayant” kitabında onun adının yapon yeməyindən götürüldüyü qeyd edilib. Məlumata görə, Brayantın anası hamilə olduğu zaman bir yapon restoranında bu yeməyi yeyib və övladına sözügedən adı vermək qərarına gəlib. Kobi ABŞ-da bu adı daşıyan ilk şəxs olsa da, son 20 il ərzində bu ad 14 mindən çox oğlan uşağına verilib.

Uşaqlığının bir hissəsini atası Coe Brayantın peşəkar basketbolçu kimi fəaliyyət göstərdiyi İtaliyada keçirən Kobi Filadelfiyada orta məktəbi bitirdikdən sonra ölkə miqyasında tanınan bir ulduza çevrilib. Məktəbi bitirdikdən dərhal sonra NBA klubları onu öz sıralarına qatıb.

Kuperi məhv edən 17 yaşlı cılız...

Ən yaxşı müdafiəçilərdən olan Maykl Kuper illər sonra Kobi ilə ilk məşqini xatırlayarkən bunları demişdi:

“Qarşımda 17 yaşlı cılız bir uşaq vardı... Mən Lerri Börd kimilərinə qarşı işlətdiyim bütün müdafiə həmlələrini sınadım. Hər dəfə aradan sıyrılıb topu səbətə salmağı bacarırdı. Məhv olmuşdum... Uzun müddətdir ki, bu qədər tərləməmişdim. Hamı təəccüb içində idi. Ona “sən cılız məktəbli deyilsən, gələcəyin NBA ulduzusan” dedim”.

“Şarlott Hornets”də 1996-cı ildə 13 nömrəli oyunçu kimi fəaliyyət göstərən Kobi qısa müddət sonra “Leykers”lə 3,5 milyon dollarlıq 3 illik müqavilə imzaladı. Peşəkar karyerası ərzində 5 dəfə NBA çempionu olan Kobi karyerasının sonuna qədər “Leykers” klubuna sadiq qaldı.

71 milyonluq müqavilə və evlilik...

2000-ci ildə 21 yaşlı Brayant 71 milyon dollarlıq müqavilə əsasında “Forbes”in üz qabığında yer alıb. Bundan başqa, o, “Adidas”, “Mattel”, “Sprayt”, “Spaldinq” və “Giorgi Armani” kimi dünya nəhəngləri ilə əməkdaşlıq edib.

Kobi “Kraliça” adlandırdığı xanımı Vanessa ilə 1999-cu ildə Snup Doqun klip çəkilişi zamanı tanış olub. 2001-ci ildə onlar evləniblər. Bu evlilikdən onların dörd qız övladı dünyaya gəlib.

Təcavüz ittihamı və xəyanət...

2003-cü ildə Koloradoda bir oteldə çalışan 19 yaşlı gənc qız Brayantı təcavüzdə ittiham edib. Həmin vaxt uşaqlıq sevgisi Vanessa ilə artıq iki ildir evli olan idmançı xəyanət faktını etiraf edib, ancaq yaxınlığın qarşı tərəfin razılığı ilə edildiyini bildirib.

ABŞ mətbuatı Kobinin o qadına 2 milyon dollardan çox təzminat ödədiyini yazıb. Çox keçmədən Kobi öz xanımına 4 milyon dollarlıq bir üzük hədiyyə etməklə üzrxahlıq etdi.

Ulduz oyunçunun bu məsələdə günahkar olduğu sübuta yetirilməsə də, “MakDonalds” və “Natella” şirkətləri Brayant ilə müqavilələrini ləğv etdilər. Lakin təcavüz qalmaqalından öncə Brayantla dörd illik və 40 milyon dollarlıq müqavilə imzalayan “Nayk” basketbolçunu müdafiə etdi.

Kobinin inanılmaz rekordu...

2006-cı ildə “Toronto Raptors”un heyətində 81 xal ataraq, demək olar ki, qırılması mümkün olmayan bir uğura imza atdı.

Kobinin “Los-Anceles Leykers”i 2009-2010 mövsümünü çempion kimi başa vurdu. Qara Mamba ardıcıl ikinci dəfə finalın ən dəyərli oyunçusu seçildi. 34 yaşlı ulduz 30 min xal həddini ən tez aşan basketbolçu kimi NBA tarixinə düşdü.

Bir əfsanənin gedişi...

2015-2016-cı il mövsümünün əvvəlində Kobi “bu mövsümün sonu basketbolu tərk edirəm” dedi.

“Əziz Basketbol” adlı bir məktub yazdı və onu ictimaiyyətlə paylaşdı. Bu məktuba çəkilən animasiya filmi 2018-ci ildə Kobiyə Oskar mükafatı qazandırdı.

Zədələr, illərlə yüksək tempdə çıxış etməsi onu yormuşdu. Kobi artıq 17 yaşlı məktəbli deyildi.

Mövsümün son oyunundan sonra Kobi bunları dedi:

“Bu gün son dəfə meydana çıxıb mübarizə aparmaq istəyirdim, elə də etdim. Bunun ən yaxşı tərəfi isə övladlarımın məni əvvəlki vaxtlarımda oynadığım kimi görə bilmələri oldu. Nə deyə bilərəm ki? İyirmi ilin hansı sürətlə keçdiyini hiss etmədim. Mamba gedir”.

Elə də oldu: Mamba getdi...

Tarix
2020.01.28 / 16:16
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla