Yuxarı

Güləşçimiz Avropa çempionu oldu - Yeniləndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

23:02

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Axar.az xəbər verir ki, ikinci yarış günündə - fevralın 11-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Güləşçimiz Rafiq Hüseynov əvvəlcə niderlandlı güləşçiyə çətinlik çəkmədən qalib gəlib. İsveç təmsilçisi ilə görüşdən də üstün ayrılan təcrübəli pəhləvanımız yarımfinala yüksəlib. İdmançımız finalın bir addımlığında italiyalı rəqibinə çətinlik çəkmədən qalib gələrək doqquz illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb.

Digər güləşçimiz Ülvi Qənizadə Avropa çempionatına bolqarıstanlı rəqibi üzərində inamlı qələbə ilə start verib. Lakin dörddəbir finalda üçqat dünya çempionu, alman Frank Şteblerlə bacarmayıb. Titullu rəqib finala kimi irəlilədiyindən idmançımız üçüncü yarış günündə təsəlliverici görüşə çıxacaq.

Digər pəhləvanımız Murad Bazarov birinci görüşündə çətinliklə də olsa, İtaliya güləşçisi üzərində qələbə qazanıb. Ancaq dörddəbir finalda Ermənistan idmançısına məğlub olub. Həmin güləşçi finala yüksəldiyi üçün Murad fevralın 12-də təsəlliverici görüşdə iştirak edəcək.

Qeyd edək ki, fevralın 12-də gündüz seansında bu çəkilərdə təsəlliverici görüşlər, axşam seansında isə medal qarşılaşmaları keçiriləcək.

***

Azərbaycan yunan-Roma güləşçisi İslam Abbasov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Məlumata görə, 87 kq çəki dərəcəsində yer alan 24 yaşlı pəhləvan 3-cü yer uğrunda görüşdə litvalı Eyvidas Stankeviçyusu məğlubiyyətə uğradıb - 6:2.

Beləliklə, Azərbaycan millisi günü 1 qızıl, 2 bürünc medalla başa vurub. Daha əvvəl Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, İslam Abbasov Avropa çempionatında mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, əvvəlcə belaruslu Kiril Maskeviçi 3:2, 1/8 finalda polşalı Arkadiuş Kuliniçi 3:1, 1/4 finalda bolqarıstanlı Tarek Mohammed Abdelsalamı 4:3 (tuşe) hesabı ilə yendiyi halda, yarımfinalda macarıstanlı Viktor Lorintsə uduzub - 1:6.

Tarix
2020.02.11 / 23:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla