Yuxarı

İlk: idmançımız dünya kuboku qazandı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlk: idmançımız dünya kuboku qazandı - Foto

Fevralın əvvəllərində Rusiyanın paytaxtı Moskva şəhərində şahmat məsələ və etüdlərinin həlli üzrə VII Dünya Kuboku keçirilib.

Report-un Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Dünya Kubokunda ölkəni Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Zaur Məmmədov, Nərmin Məmmədova (hər ikisi Bakı), Misrətdin İskəndərov (Sumqayıt) və şahmat bəstəçiliyi üzrə yığma komandanın baş məşqçisi İlham Əliyev (Sumqayıt) təmsil ediblər.

24 nəfərin qələbə uğrunda mübarizə apardığı yarış 4 turdan ibarət olub və hər turda həll üçün altı tapşırıq təqdim edilib. Bakı şahmatçısı Zaur Məmmədov bir çox tanınmış şahmat həlçilərini geridə qoyaraq, ölkə tarixində ilk dəfə Dünya Kubokunun sahibi adına layiq görülüb. O, 120 mümkün xaldan 93,5 xalla Rusiya təmsilçiləri - Yevgeni Fomiçevi (91,25) və Aleksandr Leontyevi (89,25) qabaqlayaraq ölkəyə yüksək mükafat qazandırıb.

Misrətdin İskəndərov 80,25 xalla 6-cı, Araz Alməmmədov isə 74,75 xalla 7-ci yeri tutaraq mükafatçılar sırasına daxil olublar. Komandanın digər üzvləri Ramil Cavadov 58,75 xalla 17-ci, Nərmin Məmmədova 52,5 xalla 20-ci yeri tutublar.

Tarix
2015.02.23 / 20:49
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla