Yuxarı

Böyük Dəbilqə: 8 cüdoçumuz mübarizəyə başlayır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə ilin ikinci Böyük Dəbilqəsi start götürəcək.

Report-un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 8 idmançısı mübarizəyə qoşulacaq. Kişilərdə 60 və 60 kq, qadınlarda isə 48, 52 və 57 kq çəki dərəcələrində qaliblər bəlli olacaq.

60 kq-da Kəramət Hüseynov 1/32 finala təsadüf edən ilk görüşündə Pedro Nayr Qarsiya (Anqola) ilə, eyni çəkidəki Oruc Vəlizadə Dilmer Kalle (Peru) ilə üz-üzə gələcək.

Orxan Səfərov və Nicat Şıxəlizadə 66 kq-da mübarizə aparacaqlar. Onlar ilk görüşlərində müvafiq olaraq Denis Vieru (Moldova) və İmad Bassu (Mərakeş) ilə qarşılaşacaqlar.

Qadınlardan 48 kq çəkidəki Aişə Qurbanlı 1/16 finalda Yeonju Oh (Cənubi Koreya) ilə, Leylа Əliyeva (hər ikisi 48 kq) isə 1/32 finalda Luz Alvarezlə (Kolumbiya) münasibətlərinə aydınlıq gətirəcək.

52 kq-da Gültac Məmmədəliyeva (52 kq) 1/32 finalda Amber Rihöllə (Belçika) üz-üzə gələcək.

Nəhayət, 57 kq-da Aleksandra-Larisa Florian 1/16 finalda Mariya Skora (Ukrayna) ilə görüşəcək.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 23-də yekun vurulacaq. Qarşıdakı günlərdə Azərbaycanın 8 kişi və 1 qadın cüdoçusu da qüvvəsini sınayacaq.

Tarix
2020.02.21 / 11:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla