Yuxarı

Rayan Giqqz Bakı Olimpiya Stadionunda

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rayan Giqqz Bakı Olimpiya Stadionunda

Futbol üzrə Avro-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir.

Axar.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Rayan Giqqz, media və marketinq meneceri İan Guiyn Hughes, təhlükəsizlik departamentinin rəisi Qrant Aşton Briggs və kit menecer David Tudor Griffitsin daxil olduğu nümayəndə heyəti fevralın 24-də stadionlara baxış keçirib, infrastrukturla yaxından tanış olub.

Bakı Olimpiya Stadionunda olduğu zamanı baş məşqçi R.Giqqz bir sıra yerli klubların aşağı yaş qruplarından ibarət komandalarının futbolçularına avtoqraf verib, onlarla söhbət edib və xatirə şəkilləri çəkdirib.

Daha sonra Avro-2020 ilə əlaqədar yaradılmış Yerli Təşkil Komitəsinin ofisində qonaq olan R.Giqqz, ardınca Könüllülər Mərkəzində könüllülərlə görüşüb.

Uels millisi iyunun 13-də İsveçrə, iyunun 17-də isə Türkiyə milli komandalarına qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Tarix
2020.02.24 / 19:31
Müəllif
Axar.az
Digər xəbərlər

Zorlu Əliyevin Türkiyə səfərindən yazdı: Yeni dövrün təməli

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla