Yuxarı

Elvin İsayev erməni rəqibini rinqdə döydü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elvin İsayev erməni rəqibini rinqdə döydü

Fevralın 28-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə 66-cı "Strandja" beynəlxalq turnirinə yekun vurulub.

Report xəbər verir ki, finalda milli komandamızın 3 üzvü – Elvin İsayev, Lorenzo Sotomayor və Yelena Vıstropova mübarizə aparıb.

60 kq çəki dərəcəsində döyüşən Elvin İsayev finalda Ermənistan idmançısı Samvel Barseqyanla qarşılaşıb. İdmançımız erməni rəqibini 2:1 hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb.

Millimizin Kuba əsilli boksçusu Lorenzo Sotomayor (64 kq) isə finalda özbəkistanlı Fazliddin Qaibnazarovla qarşılaşıb və meydanı 3:0 hesabı ilə məğlub tərk edib.

Azərbaycan millisi komanda hesabında ikinci yeri tutub. Turnirdə birinci və üçüncü yerlər Özbəkistan və Bolqarıstan millilərinə nəsib olub.

Qeyd edək ki, "Strandja" turniri iyunda keçiriləcək Avropa oyunlarına hazırlıq xarakteri daşıyır.

Tarix
2015.03.01 / 14:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla