Yuxarı

Korona sayəsində ailəmizin dəyərini bildik – Löv

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korona sayəsində ailəmizin dəyərini bildik – Löv

İnsanların davranışlarından sonra təbiət bizə cavab verməyə başladı. Son vaxtlarda etdiyimiz hərəkətlər cavabsız qala bilməzdi.

Axar.az xəbər verir ki, bunu futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yoahim Löv koronavirusla bağlı danışarkən deyib.

“Bütün məqsədimiz daha çox pul qazanmaq, gücə sahib olmaq idi. Hazırda hər kəsi təsiri altına alan bir təhlükə var. Bu təhlükə sayəsində ailəmizin, dostlarımızın dəyərini bildik, hər şeyin ünsiyyət qurmaqdan, hörmət etməkdən ibarət olduğunu anladıq. Əslində bu kimi dəyərləri biz hər zaman birinci sıraya qoymalıyıq. Düşünürəm ki, müxtəlif ölkə hökumətləri daha düzgün istiqamətdə yol almalıdır. Dünyamız üçün artıq populizmə ehtiyac yoxdur”, - almaniyalı mütəxəssis bildirib.

Y.Löv qeyd edib ki, Avro-2020-nin təxirə salınması ilə bağlı qəbul edilən qərar çox düzgündür:

“Əsas məqsəd insanların sağlamlığı və təhlükəsizliyinin qorunmasıdır. Yerdə qalan məsələləri hələlik bir kənara qoymaq lazımdır”.

Tarix
2020.03.20 / 16:13
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla