Yuxarı

Qurbanov Hafkanın klubundan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov Hafkanın klubundan danışdı

"Azərkeşlər üçün hardasa maraqlı oyun alındı. Çox qol gördük. Komandamı təbrik edirəm. Qarşıda hələ ikinci oyunumuz da var".

Axar.az-ın PFL-in saytına istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Azərbaycan kubokunun 1/4 finalında "Bakı"ya qalib gəldikləri ilk matçdan (3:0) sonra danışıb. Qurbanov oyunların qrafikinin çox sıx olduğunu bildirib:

"Oyunçularda istər-istəməz yorğunluq hiss olunur. Biz çalışırıq ki, hazırlığımızı yüksək səviyyədə saxlayaq".
Q.Qurbanov "Bakı"ya növbəti matçlarda uğurlar arzulayıb:

"İbrahim Uzunca ilə oyundan sonra söhbət etdik. Bu vəziyyətdə oynamaq, çalışmaq çox çətindir. Amma buna baxmayaraq, həm məşqçi, həm də gənc oyunçuları ürəklə işləyirlər. "Bakı"ya uğurlar arzulayıram".

Qeyd edək ki, "Bakı" son aylar maliyyə böhranı ilə üzləşib. Hafiz Məmmədovun komandasına AFFA dəstək verir.

Tarix
2015.03.05 / 08:45
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla