Yuxarı

UEFA açıqladı: Oyunlar nə vaxt başlayır?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
UEFA açıqladı: Oyunlar nə vaxt başlayır?

UEFA prezidenti Aleksandr Çeferin yerli liqaların, UEFA Çempionlar Liqası və Avroliqanın başlayacağı tarix haqqında təxmini proqnoz verib.

Axar.az xəbər verir ki, A.Çeferin oyunların başlaması üçün qarşılarında 3 seçim olduğunu deyib:

“Mayın ortası, iyunun əvvəli və ya sonunda oyunlar yenidən başlaya bilər. Bunu edə bilməsək, çox güman ki, mövsüm bitmiş hesab ediləcək. Və yaxud növbəti mövsümü daha gec başlamaq şərti ilə yarımçıq qalan oyunları yeni mövsümün əsas vaxtında da keçirə bilərik. Liqa və klublar üçün hansı variant uyğundursa, onu seçəcəyik. Heç kim bu pandemiyanın nə vaxt bitəcəyini bilmir. Bizim əlimizdə A, B və C planları var”.

UEFA prezidenti qeyd edib ki, oyunlara azarkeşlərin buraxılıb-buraxılmaması isə dəqiq deyil:

“Əgər alternativ variant olmasa, liqaları yekunlaşdırmaq üçün oyunlar azarkeşsiz oynanılacaq”.

Tarix
2020.03.28 / 20:03
Müəllif
Samir Soltanov
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla