Yuxarı

“Zirvə Astara” Azərbaycan çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Zirvə Astara” Azərbaycan çempionu oldu

Basketbol üzrə Azərbaycan superliqasının fevralın 29-da keçirdiyi 20-ci turundan sonra respublikada yaranmış gərgin epidemiyaloji vəziyyətə görə 27-ci ölkə çempionatının oyunlarında məcburi fasilə yaranmışdı.

Axar.az federasiyanın saytına istinadla xəbər verir ki, fasiləyə qədər “Zirvə Astara” klubu 38 xal, “Atom” klubu 34 xal, “Gəncə” klubu isə 32 xalla superliqada birinci, ikinci və üçüncü yerləri bölüşüblər.

Bununla yanaşı, dünyada qlobal COVID-19 pandemiyasının geniş yayılması səbəbindən Beynəlxalq Basketbol Federasiyası (FİBA) martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verib. Eyni zamanda bir sıra Avropa ölkələrində (Polşa, Ukrayna, Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edilib.

Bununla əlaqədar, Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti aprelin 3-də virtual video-iclas keçirib. İclasda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyəsi ilə superliqanın turnir cədvəlində mövcud sıralanmasına əsasən “Zirvə Astara” klubu Azərbaycan çempionu elan edilib.

Tarix
2020.04.03 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla