Yuxarı

AFFA 2 futbolçunu cəzalandırdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA 2 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Report-un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının XXV turunun oyunlarında baş verənlərlə bağlı cəzalar müəyyənləşib.

Ən ağır cəzaya Bakının AZAL klubunun futbolçusu Rəşad Abdullayev məruz qalıb. Təcrübəli yarımmüdafiəçi "Bakı" ilə matçın 86-cı dəqiqəsində rəqibi təhqir etdiyi üçün 3 oyunluq diskvalifikasiya edilib. Üstəlik, AZAL-a 3000 manat cərimə kəsilib. Bu oyunda "Bakı"nın kapitanı Jaba da qırmızı vərəqə alıb. O, 69-cu dəqiqədə idmançıya yaraşmayan hərəkəti səbəbindən ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İntizam Komitəsi braziliyalı hücumçunu 1 oyun cəzaya, klubunu 200 manat cəriməyə məruz qoyub.

"Sumqayıt"la matçda "Qəbələ"nin 5, "İnter"lə görüşdə "Neftçi"nin, "Qarabağ"la qarşılaşmada "Xəzər Lənkəran"ın 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, hər 3 klub 1000 manat cərimələnib.

Tarix
2015.03.10 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla