Yuxarı

“Fənərbaxça” Avropanın ən yaxşı 20 komandası arasında

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Fənərbaxça” Avropanın ən yaxşı 20 komandası arasında

"Fənərbaxça" futbol klubu Avropanın ən yaxşı 20 futbol komandasının sıralamasında 17-ci sırada qərarlaşıb.

Amerikanın "Bliçer Report" idman saytı Avropa liqalarındakı formda klubların bu mövsüm oynadığı matçlarda göstərdiyi performansa və aldığı nəticələrə görə, ən yaxşı 20 komandadan ibarət hesabat hazırlayıb.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıya Türkiyədən təkcə Fənərbaxçanın adı daxil edilib, sarı-lacivərtli komanda Avropanın ən yaxşı 17-ci komandası olaraq göstərilib. Hesabatda super liqada keçən həftə oynanan qarşılaşmada "Fənərbaxça"nın Ağhisar Bələdiyyəsporu 4-0 məğlub edərkən çətinlik çəkmədiyi və sarı-lacıvərtli komandanın qol oyunçularının hamısının bu mövsüm qol krallığı yarışında iddialı olduğu bildirilib.

"Fənərbaxça"nın liqasındakı ən yaxın rəqibi Qasımpaşaspora 8, Qalatasaraya isə 11 xal fərqi olduğu qeyd edilən hesabatda sarı-lacivərtlilərin bu sezon çox formada olduğu vurğulanıb.

Hazırlanan hesabatda listənin ilk 20 sırasında olan komandalar bunlardır:

1.Bayern Münih
2.Atletiko Madrid
3.Paris Saint-Germain
4.Barselona
5.Real Madrid
6.Mançester Siti
7.Yuventus
8.Arsenal
9.Borussia Dortmund
10.Roma
11.Liverpul
12.Çelsi
13.Napoli
14.Bayer Leverkusen
15.Monako
16.Mançester Yunayted
17.Fənərbaxça
18.Everton
19.Tottenhem Hotspur
20.Sportinq Lizbon

Tarix
2013.12.19 / 23:29
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

44 günlük müharibəyə bənzəyir: hücumla üz-üzəyik - Beqoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla